Braziliyalı vinger Neymar "Santos"la başa çatan müqaviləsini uzadacaq.

Matc.az xəbər verir ki, bu barədə "TNT Sports Brasil" məlumat yayıb.

Bildirilir ki, 33 yaşlı futbolçunun müqaviləsi daha bir il uzadılacaq.

Qeyd edək ki, Neymar "Santos"un yetirməsidir. O, 2025-ci ilin yanvarında kluba qayıdıb. O vaxtdan bəri braziliyalı komandanın heyətində 9 oyun keçirib və 3 qol vurub.

Cinah oyunçusu karyerası ərzində "Barselona", PSJ və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klublarında da çıxış edib. Neymar Kataloniya klubunun tərkibində Çempionlar Liqasının qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest