"Bayer" 22 yaşlı yarımmüdafiəçi Florian Virtz üçün 150 milyon avro qiymət təyin edib. Leverkuzen klubu 100 milyon avro dəyərində təklifləri dərhal rədd etmək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sport Germany" paylaşıb.

Bildirilir ki, "Real" da Virtzin transfer yarışına qoşula bilər. Lakin bu, o halda baş verəcək ki, klub artıq gedişi ilə bağlı xəbərlər yayılan sağ cinah oyunçusu Rodriqonu sata bilsin.

Qeyd edək ki, bu mövsüm Virtz bütün turnirlərdə 44 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest