"Arsenal" "Sportinq"in hücumçusu Viktor Qyökereşi heyətinə qatır

Matc.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.

Bildirilir ki, ingilis klubu artıq 26 yaşlı futbolçu ilə 8,3 milyon avro maaşla 4 və ya 5 illik müqavilə razılaşdırıb. Öz növbəsində "Sportinq" 75 milyon avro təzminat alacaq.

Qeyd edək ki, bu mövsüm Qyökereş bütün turnirlərdə 50 oyun keçirib, 52 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest