17 May 2025, 09:01
FUTBOL
Tarixində ilk dəfə Premyer Liqa mövsümünü ardıcıl iki oyunda qalib gəlmədən başa vuracaq.
"Mançester Yunayted" tarixində ilk dəfə Premyer Liqa mövsümünü ardıcıl iki oyunda qalib gəlmədən başa vuracaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Squawka" paylaşıb.
Bundan əlavə, çempionatın 37-ci turunda "Çelsi"yə məğlub olan (0:1) "qırmızı şeytanlar" Premyer Liqa tarixində ardıcıl səkkiz oyunda heç bir qələbə qazana bilməyən (6 məğlubiyyət və 2 heç-heçə) ilk komanda olub.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 37 oyunundan sonra Ruben Amorimin komandası 39 xalı var və 16-cı pillədə qərarlaşıb.