16 May 2025, 22:00
FUTBOL
PSJ-nin baş məşqçisi Luis Enrike Karlo Ançelottinin Braziliya millisinə təyinatına münasibət bildirib.
Matc.az xəbər verir ki, ispan mütəxəssis Ançelottiyə uğur arzulamaq istəmədiyini deyib.
"Düşünmürəm ki, heç vaxt Ançelotti kimi karyerası olan məşqçi olmayıb. Açığı, mən Braziliya yığması və ya Ançelotti üçün heç bir uğur istəmirəm, çünki onların İspaniyanın gerisində olmalarını istəyirəm. Amma Braziliya yığmasını italiyalının çalışdırması çox gözəldir. Bu, çox perspektivli kombinasiyadır".
Qeyd edək ki, 55 yaşlı mütəxəssis 2018-2022-ci illərdə İspaniya millisinin baş məşqçisi vəzifəsində çalışıb. Enrike 2023-cü ilin yayından PSJ-yə rəhbərlik edir.