İngiltərə Premyer Liqasında oyunda hakimlər ilə ünsiyyət üçün yeni qayda tətbiq etməyə hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Athletic" paylaşıb.

Bildirilir ki ki, Premyer Liqa oyun zamanı hakimlərlə əsas qərarları yalnız komanda kapitanlarına müzakirə etməyə icazə verəcək qayda tətbiq etməyə hazırlaşır. Yeni qayda 2025/26 mövsümündən əvvəl qüvvəyə minməlidir.

Təşəbbüs oyunçular və hakimlər arasında inamı artırmalı və hakimlərə qarşı hücumların qarşısını almalıdır. Kapitanlar komanda yoldaşlarının hakimə yaxınlaşmamasını təmin etməli və yalnız özləri hakimlərlə birbaşa müzakirələr aparmalıdır.

Qeyd edək ki, bu qayda əvvəllər AVRO-2024 üçün tətbiq edilib və bu mövsüm UEFA-nın digər yarışlarında istifadə olunub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest