"Sumqayıt" klubunun kapitanı Vüqar Mustafayev futbolçu karyerasını başa vurur.

Matc.az ki, bununla əlaqədar "kimyaçılar" Misli Premyer Liqasında XXXV turun "Turan Tovuz"la ev oyununun startından öncə bir sıra tədbirlər keçirəcək.

31 yaşlı yarımmüdafiəçi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşdə cəza səbəbindən iştirak etməyəcək. Buna səbəb onun ötən tur "Kəpəz"lə matçın 89-cu dəqiqəsində baş vermiş münaqişə zamanı qırmızı vərəqə ilə cəzalanmasıdır.

AFFA İntizam Komitəsi Mustafayevi təcavüzkar davranışa görə 2 oyun şərti olmaqla 4 oyun diskvalifikasiya edib.

Qeyd edək ki, Vüqar Mustafayev 2019-cu ildən "Sumqayıt"ın şərəfini qoruyur. O, Azərbaycan milli komandasının heyətində 11 oyunda iştirak edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest