01 Noyabr 2024, 21:24
FUTBOL
"Barselona"nın 36 yaşlı hücumçusu Robert Levandovski oktyabrda İspaniya La Liqasının ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, ötən ay polşalı futbolçu 7 qol vurduğu üç oyunda iştirak edib.
Ümumilikdə, Levandovski bu mövsüm bütün yarışlarda 14 oyun keçirib, 17 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalında 36 yaşlı futbolçunun bazar dəyəri 15 milyon avrodur.