01 Noyabr 2024, 16:14
FUTBOL
“Mançester Yunayted”in yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, portuqaliyalı mütəxəssis Ruben Amorimlə müqavilə imzalanıb. 39 yaşlı mütəxəssis İngiltərə klubu ilə 2027-ci ilin yayına kimi sözləşmə bağlayıb. Müqavilə daha 1 illik uzadıla bilər. Amorim noyabrın 11-dən yeni komandasının sükanı arxasında olacaq.
Qeyd edək ki, “Mançester Yunayted” bu həftənin əvvəli Erik ten Haqı istefaya göndərmişdi.