Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-da iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, 37 yaşlı hücumçu hələ də qərarını qətiləşdirməyib.

O, həmin ankı durumuna görə qərar verəcəyini deyib: “Çox adam məndən bu barədə soruşur. Ümid edirəm ki, bu ili yaxşı başa vuracağam və gələn ilə uğurlu başlayacağam. İşlərin necə getdiyinə və özümü necə hiss etdiyimə baxacağam. Futbolda hər şey ola bilər. İndi DÇ-2026 yox, bu günü düşünürəm”.

Qeyd edək ki, Messi 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest