UEFA “Qarabağ”ın məşqçisi Çudomir Çakarovu cəzalandırıb. Matc.az xəbər verir ki, buna səbəb 47 yaşlı mütəxəssisin Bakıda “Ayaks”a 0:3 hesabı ilə məğlub olduqları Avropa Liqasının III tur oyununda qırmızı vərəqə alması olub.

Qarşılaşmanın şotlandiyalı baş hakimi Nikolas Uolş fasilədə bolqarıstanlı məşqçiyə qırmızı vərəqə göstərib. Çakarov Avropa Liqasının qarşıdakı iki oyununda texniki zonadakı yerini tuta bilməyəcək.

“Ayaks”la həmin matçda birbaşa qırmızı vərəqə alan Julio Romao və ikinci sarı vərəqədən sonra meydandan qovulan Elvin Cəfərquliyev də hərəyə bir oyunluq cəzaya məruz qalıblar.

Qeyd edək ki, “Qarabağ” turnirin IV turu çərçivəsində noyabrın 7-də Norveçdə “Bodo Qlimt”in qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest