01 Noyabr 2024, 12:39
FUTBOL
“Bavariya” rəhbərliyi komandanın qapıçısı Manuel Noyerlə yeni müqavilə imzalamağa tələsmir. Matc.az xəbər verir ki, təcrübəli qolkiperin gələn ilin yayında başa çatacaq sözləşməsinin müddətinin uzadılması ilə bağlı danışıqlara hələ start verilməyib.
Klub rəhbərliyi qərar verməzdən əvvəl 38 yaşlı qolkiperin formasını dəyərləndirmək fikrindədi.
Qeyd edək ki, Noyer cari mövsümdə “Bavariya”da 12 oyunda 12 qol buraxıb.