Azərbaycan yığmasının və “Neftçi”nin futbolçusu Ramil Şeydayevin sabiq məşqçisi Vladislav Radimov maraqlı açıqlama verib. Matc.az xəbər verir ki, o, “Sport-Ekspress” qəzetinə müsahibəsində “Zenit-2” komandasında yetirməsi olmuş Şeydayev bağlı tənqidi fikir səsləndirib.

“Düzdü, nəvaxtsa “Zenit-2”nin hücumçusu Ramil Şeydayevi tərifləmişdim və onun Azərbaycan millisinə getməsinin Rusiya futbolu üçün itki olduğunu bildirmışdim. Təəssüf ki, Ramilin karyerası istədiyi kimi alınmadı. Fikrimcə, diqqətini pul qazanmağa yönəltməklə səhvə yol verdi. Belə başa düşürəm ki, Azərbaycan vətəndaşlığını qəbul etməsi üçün ona pul vermişdilər. Şayiələrə görə, bunun müqabilində 500 min dollardan bir milyona qədər pul almışdı. Halbuki Aleksandr Qolovinin çıxış etdiyi gənclər millisində Şeydayev “1 nömrə” idi. Ramil Avropa çempionu olub, yaşıdları arasında ən güclü hücumçu hesab olunurdu”, - deyə 48 yaşlı mütəxəssis bildirib.

Radimov bildirib ki, Şeydayev bir müddətdən sonra Rusiya çempionatına qayıdıb Moskva “Dinamo”sunda oynasa da, heç nə ilə yadda qalmadı: “O, ölkələr dəyişdikdən sonra təslim oldu. “Trabzonspor”, “Jilina”, “Qarabağ” klublarında oynadı. Bunlar Ramilə mane oldu”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest