01 Noyabr 2024, 11:19
FUTBOL
“Real” heyətinə yeni futbolçu qatmaq niyyətindədi. Matc.az xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti rəhbərliklə söhbətində Argentina millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesi ixtiyarında görmək istədiyini bildirib.
Bundan sonra rəhbərlik hərəkətə keçib və London təmsilçisi ilə danışıqlara başlayıb. Bildirilir ki, “Real” Fernandesin transferinin alınması üçün Orelyan Tçuamenini satmağa da hazırdı.
Qeyd edək ki, Enzonun “Çelsi” ilə müqaviləsi 2032-ci ilin yayına qədər nəzərdə tutulub.