İtaliya çempionatında 10-cu turun oyunlarına yekun vurulub. Matc.az xəbər verir ki, A seriyasında sonuncu oyun günündə daha 3 görüş keçirilib.

"Cenoa"nın qonağı olan “Fiorentina” səfərdə 1:0 hesablı qələbə qazanıb. “Latsio” da səfər qalibiyyətinə sevinib. Paytaxt klubu “Komo”ya heç bir şans verməyib - 5:1.

"Roma" isə Paulo Dibalanın yeganə qolu sayəsində "Torino" ilə ev oyunundan 3 xalla ayrılıb.

Hazırda turnir cədvəlində 25 xala malik "Napoli" birincidi. "İnter" 21 xalla 2-ci, "Atalanta" isə 19 xalla 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest