Argentina millisinin və "İnter"in hücumçusu Lautaro Martinez daha əvvəl 27 yaşlı futbolçunun 2024-cü ildə "Qızıl top"u qazanmağa daha çox layiq olduğunu bildirən milli komanda yoldaşı Lionel Messinin sözlərinə münasibət bildirib.
Matc.az xəbər verir ki, o, Messinin barəsində dedikləri fikrlərdən qürur duyduğunu vurğulayıb.
"Bütün zamanların ən böyük oyunçusunun belə düşünməsindən qürur duyuram. Namizədlər arasında olduğum üçün çox şadam. Düşünürəm ki, bu, milli komanda ilə Amerika Kubokunu, həmçinin "İnter"lə İtaliya çempionatını və Superkubokunu qazanaraq əla mövsüm keçirdiyimin göstəricisidir. Şəxsi nöqteyi-nəzərdən hər iki turnirin bombardiri oldum və A Seriyasının ən yaxşı oyunçusu seçildim". Lautaro “ICON” nəşrindən sitat gətirib.
Xatırladaq ki, Martinez 2024-cü il "Qızıl top" üçün səsvermədə yeddinci olub.