"Real" Vinisius Juniorla müqaviləni uzatmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Bildirilir ki, Madrid klubu bir neçə səbəbə görə braziliyalı futbolçu ilə əmək müqaviləsini uzatmaq niyyətindədir.

Birincisi, Çempionlar Liqasının son mövsümündə Vinisius "Real" rəhbərliyini böyük matçlarda nəticə göstərməyə qadir olduğuna inandırdı. İkincisi, klub Vinisiusun Kilian Mbappenin gəlişi ilə onun komanda üçün əhəmiyyətinin azalacağını düşünməsini istəmir. Üçüncüsü, "Real" özünü braziliyalı futbolçuya daha yüksək maaş təklif edə bilən Səudiyyə Ərəbistanı klublarının marağından qorumaq istəyir.

Bununla belə, Vinisius "Kral Klubu" ilə müqaviləni yeniləməyə tələsmir. 24 yaşlı vinger maraqlarına görə kluba təşəkkürünü bildirsə də, müqaviləsi ilə bağlı irəliləyiş yoxdur. Vinisiusun "Real" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest