31 Oktyabr 2024, 14:33
FUTBOL
İtaliyanın "İnter" klubu futbolçusu Denzel Dumfrislə əməkdaşlığı davam etdirmək niyyətindədi. Matc.az xəbər verir ki, “neradzurra” 28 yaşlı müdafiəçi ilə yeni müqavilə bağlamağı qərara alıb.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Dumfrisin yeni sözləşməsinin müddəti 2028-ci ilə qədər olacaq. Tərəflər yeni sazişə gələn həftə qol çəkəcəklər.
Qeyd edək ki, Dumfris bu mövsüm "İnter"in heyətində 11 oyunda 2 qola imza atıb.