Bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsinədəki rəqibləri müəyyənləşib. Matc.az xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 17:15-də başlayıb.

Komandamız B qrupunda Kosovo və San Marino ilə yarışacaq. Bu qrupun oyunları San Marinoda keçiriləcək. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaqlar.

A qrupu: Gürcüstan, Litva, Malta, Almaniya

B qrupu: Azərbaycan, KosovoSan Marino
 
C qrupu: Monteneqro, Cəbəllütariq, Estoniya
 
İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək keçiriləcək. U-19 əsas mərhələyə yüksələrsə, 7-ci qrupda Xorvatiya, Bosniya və Herseqovina və Türkiyə ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest