"Real"ın əfsanəvi futbolçusu Quti "Qızıl top" mərasimindən danışıb.
Matc.az xəbər verir ki, o, bu mükafata ciddi yanaşmadığını vurğulayıb.
"Mənim üçün "Qızıl top"un heç bir nüfuzu yoxdur. Mən buna inanmıram. Mənə izah edin, əgər iş səsverməyə gəlirsə, hansı meyarlardan danışmaq olar?".
Xatırladaq ki, mükafatlandırma mərasimi oktyabrın 28-də Parisdə (Fransa) baş tutub. Əsas fərdi mükafat "Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodriyə verilib. Rodrinin xeyrinə seçim isə ictimaiyyəti ikiyə bölüb: bəziləri ispaniyalının qələbəsini layiqli hesab edir, digərləri mükafatın "Real"ın və Braziliya millisinin hücumçusu Vinisius Juniora veriləcəyini gözləyirdi.
Rodri 2008-ci ildə Kriştiano Ronaldodan sonra İngiltərə Premyer Liqası klubundan mükafat alan ilk oyunçu olub.