"Mançester Yunayted"in yeni baş məşqçisi olması gözlənilən "Sportinq"in çalışdırıcısı Ruben Amorim İngiltərə klubunda ildə 8 milyon avro qazanacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Caught Offside" paylaşıb.

Bildirilir ki, portuqaliyalı mütəxəssis "qırmızı şeytanlar"la daha bir mövsüm uzatma ehtimalı ilə 2 illik müqavilə imzalayacaq.

Amorimə "Mançester Siti" də maraq göstərsə də, 39 yaşlı məşqçi Pep Qvardiolanın klubdakı gələcəyi ilə bağlı qərarın verilməsini gözləmək istəməyib.

Xatırladaq ki, ötən gün "Mançester Yunayted" niderlandlı mütəxəssis Erik ten Haqın komandanın baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest