“Yuventus”un baş məşqçisi Tiaqo Motta İtaliya A Seriyasının IX turunda “İnter”lə keçirilən oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 4:4 hesabı ilə bitən matçı super effekt adlandırıb.

“Çox çətin vəziyyətlərin olduğu bir oyun idi. Dördüncü qolu buraxdıqdan sonra belə, oyunda qala bildik. Hər şeyi ətraflı təhlil etməliyik, o qədər hadisələr baş verib və heç də hamısı müsbət deyil. Özümüzü təkmilləşdirməliyik”, - deyə Motta söyləyib.

Çalışdırıcı çətinlik çəkdikləri məqamları da sadalayıb: “Müdafiədə çox əziyyət çəkdik. Bu matça qədər A Seriyasında ümumilikdə 1 qol buraxmışdıq. Bu, “İnter”in gücü və keyfiyyətindən xəbər verir”.

Qeyd edək ki, “Yuventus” hazırda 17 xalla üçüncü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest