“Azərbaycanla oyun komanda üçün xarakter və şəxsiyyət nümayiş etdirmək baxımından şansdı”. Matc.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Portuqaliya yığmasının baş məşqçisi Fransisku Netu deyib.
43 yaşlı mütəxəssis Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı bu gün keçiriləcək cavab görüşünü dəyərləndirib. İlk matçdakı qələbəyə baxmayaraq, eyni məsuliyyət və ciddiyəti qorumaq vacibdi. Üzərimizdəki yükün həmişə çox ağır olduğunu hiss edirik. İlk 15 dəqiqədə qol vurmaq və ya ən pis halda buraxmamaq lazımdı. Azərbaycanda ciddilik xüsusi rol oynadı. Ancaq yenə güclü və diqqətli olmalıyıq”.
Qeyd edək ki, bu gün Vizelada keçiriləcək Portuqaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.