29 Oktyabr 2024, 11:38
FUTBOL
25 yaşlı futbolçunun nə vaxt sıraya qoşulacağı hələlik müəyyənləşməyib.
"Sabah"ın yarımmüdafiəçisi İvan Lepinitsa əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı futbolçu ölkəsində - Zaqreb şəhərində yerləşən klinikalardan birində çiyin oynağının bankart lezionu və çiyin bağlarının yırtığı əməliyyatı keçirib. Əməliyyat uğurla başa çatıb.
25 yaşlı futbolçunun nə vaxt sıraya qoşulacağı hələlik müəyyənləşməyib.