“Kral klubu” digər namizədlər “Borussiya” (Dortmund), “Jirona”, “Bayer” və “Mançester Siti”ni qabaqlayıb.

2023/24 mövsümünün ən yaxşl klubunun adı açıqlanıb. Matc.az xəbər verir ki, bu ada Madrid “Real”I layiq görülüb.

Ötən mövsüm İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olan “kral klubu” digər namizədlər “Borussiya” (Dortmund), “Jirona”, “Bayer” və “Mançester Siti”ni qabaqlayıb.

2023/24 mövsümünün yekunlarına əsasən, qadınlar arasında dünyada ilin ən yaxşı klubu isə “Barselona” seçilib. Kataloniya təmsilçisi ötən sezon İspaniya çempionatının, ölkə kubokunun və Superkubokunun, həmçinin Çempionlar Liqasının qalibi adını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest