28 Oktyabr 2024, 17:21
FUTBOL
Türkiyə Superliqasında mübarizə aparan “Konyaspor” baş məşqçisi Əli Çamdalı ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, 40 yaşlı mütəxəssis istefa verib. O, bu ilin aprelində baş məşqçi təyin olunmuşdu.
Qeyd edək ki, “Konyaspor” hazırda Superliqada 11 xalla 11-ci pillədə qərarlaşıb.