28 Oktyabr 2024, 15:45
FUTBOL
Rusiyanın “Fakel” klubunun qapıçısı Vitali Qudiyev Azərbaycan millisində oynamaq variantına münasibət bildirib. Matc.az xəbər verir ki, 29 yaşlı qolkiper buna can atmadığını söyləyib.
Onun üçün əsas hədəf Rusiya yığmasına düşməkdi: “Azərbaycan millisində oynamağımla bağlı söz-söhbətlər gəzir. Ancaq mən Rusiyada irəliləmək istəyirəm. Prioritetim Rusiya millisidi”.
Qeyd edək ki, Vitali Qudiyev vaxtilə Azərbaycan millisinin formasını geyinmiş sabiq qolkiper Kazimir Qudiyevin oğludu.