24 Oktyabr 2024, 18:52
FUTBOL
Bu gün Azərbaycan II Liqasında VIII tura yekun vurulub.
Matc.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə "Göygöl" evdə "Ağdaş"la üz-üzə gəlib. Oyunda hesab açılmayıb.
"Şahdağ Qusar" isə "Haypers Quba"nın qonağı olub. Görüş Qusar təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
II Liqa
VIII tur
24 oktyabr (cümə axşamı)
"Göygöl" – "Ağdaş" - 0:0
Göygöl OİK stadionu.
"Haypers Quba" – "Şahdağ Qusar" - 1:3
Qollar: N. Novruzov, 61 // T.Qurbatov, 15, F.Camalov, 19, 77
Qırmızı vərəqə: F. Əhmədov, 88 ("Şahdağ Qusar")
Quba OİK stadionu.