20 Oktyabr 2024, 11:27
FUTBOL
Luka Modriç "Real" klubunun heyətində meydana çıxan ən yaşlı futbolçu olub.
Luka Modriç "Real" klubunun heyətində meydana çıxan ən yaşlı futbolçu olub.
Matc.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi La Liqanın X turunun "Selta" ilə görüşündə (39 yaş 40 gün) bu göstəriciyə nail olub.
Modriç 1966-cı ildə Madrid klubunun heyətində meydana çıxan ən yaşlı futbolçu Ferents Puşkaşın (39 yaş 36 gün) rekordunu yeniləyib.