"Yuventus"un texniki direktoru Kriştiano Giuntoli 31 yaşlı yarımmüdafiəçi Pol Poqbanın komandadan ayrılacağını təsdiqləyib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano "X" sosial şəbəkəsində paylaşıb.

Bildirilir ki, fransalı futbolçu "Yuventus"u azad agent kimi tərk edəcək.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Ötən ilin sentyabrında Poqba dopinqə görə 4 il müddətinə futboldan uzaqlaşdırılıb. Cari ilin oktyabrında isə yarımmüdafiəçinin diskvalifikasiyası 4 ildən 18 aya endirilib. Ona 2025-ci ilin martında rəsmi oyunlara qayıtmaq imkanı verilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest