Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı futbolçusu Neymarla bağlı yeni xəbər var. Matc.az xəbər verir ki, “sambaçı” oktyabrın 21-də Asiya Çempionlar Liqasında BƏƏ təmsilçisi "Əl-Əyn"lə oyunda iştirak edə bilər.

Zədəli olduğu üçün 2023-cü ilin oktyabrından futbol oynamayan Neymar sentyabrda komandası ilə birlikdə məşqlərə başlayıb. Yaxın günlərdə Braziliya millisinin həkimi Neymarın fiziki vəziyyətini qiymətləndirəcək. Testlərin nəticələri müsbət olsa, 32 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsindəki oyunlar üçün yığmaya çağırıla bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest