14 Oktyabr 2024, 09:29
FUTBOL
"Məni Azərbaycan Kubokunu qazandığım komandaya dəvət etdilər. Ancaq indi başqa komanda ilə bağlı seçim imkanım var"
“Yayda “Şamaxı”dan təklif almışam”. Matc.az xəbər verir ki, bunu 2017-18 mövsümündə Azərbaycanda çalışmış Yuri Maksimov deyib.
Ukraynalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında sabiq komandasına qayıtmaq variantından bəhs edib: “Dnepr-1”dən ayrıldıqdan sonra bu variant ortaya çıxdı. Məni Azərbaycan Kubokunu qazandığım komandaya dəvət etdilər. Ancaq indi başqa komanda ilə bağlı seçim imkanım var”.
Qeyd edək ki, “Şamaxı” “Keşlə” adı altında çıxış etdiyi zaman məhz Yuri Maksimovun rəhbərliyi altında Azərbaycan Kubokunu qazanıb.