Qazaxıstan millisi UEFA Millətlər Liqasında B Liqasının III qrupunun IV turunda Sloveniyaya 0:1 hesabı ilə uduzaraq, ardıcıl dördüncü oyunda qol vura bilməyib.

Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis Stanislav Çerçesovun rəhbərlik etdiyi komanda bundan əvvəl Millətlər Liqasının ilk turunda Avstriya (0:4), Sloveniya (0:3) və Norveç (0:0) ilə oyunlarda da qol vura bilməyib.

Qeyd edək ki, hazırda Qazaxıstan yığması öz qrupunda dördüncü yerdədir. Komandanın aktivində 1 xalı var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest