13 Oktyabr 2024, 18:53
FUTBOL
"Marsel" "Yuventus"un 31 yaşlı yarımmüdafiəçisi Pol Poqba ilə yaxından maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Le10sport.com" paylaşıb.
Bildirilir ki, hazırda "Marsel" fransız futbolçuya konkret təklif göndərməyib. Ancaq baş məşqçi Roberto De Zerbi Poqbanın namizədliyini bəyənərsə, klub bu təklifi edəcək.
Qeyd edək ki, antidopinq məhkəməsi Poqbanı 4 il müddətinə futboldan uzaqlaşdırılması qərarı verib. O, bu qərardan apellyasiya şikayəti verib. İdman Arbitraj Məhkəməsi (CAS) isə diskvalifikasiya müddətini 18 aya endirmək qərarına gəlib.