13 Oktyabr 2024, 15:20
FUTBOL
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Dinamo" (Berlin) Berlin kubokunda 3-cü turun oyununa çıxıb.
Matc.az xəbər verir ki, komanda "Lixtenberq"lə qarşılaşıb və 5:0 hesabı ilə qələbə qazanıb.
Dadaşov meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, bu görüşdə dubla imza atıb. Dadaşov 47 və 78-ci dəqiqlərdə rəqib qapısına yol tapıb.
Beləliklə, "Dinamo" ardıcıl 3-cü oyunda da qalib gəlib.