"Barselona"nın hücumçusu Lamin Yamal Millətlər Liqasında Danimarka ilə (1:0) oyunda zədələndiyi üçün 90-cı dəqiqədə əvəzlənib.

Matc.az xəbər verir ki, ilkin müayinə zamanı 17 yaşlı futbolçunun sol ayağında əzələ zədəsi olduğu meydana çıxıb.

Bu səbəblə, Yamal 15 oktyabrda İspaniya millisinin Millətlər Liqasında Serblərə qarşı oyununda iştirak etməyəcək.

Qeyd edək ki, Yamal bu gün daha dəqiq tibbi müayinədən keçəcək.

  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest