"Mançester Siti"nin hücumçusu Erlinq Haaland 2025-ci ilin yayında karyerasında növbəti addımı atmağa və İngiltərə klubunu tərk etməyə hazır olduğunu qərara alıb.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Bildirirlrir ki, PSJ norveçli futbolçu ilə yaxından maraqlanır. Bununla belə, Fransız klubunun təklif edə biləcəyi sərfəli maliyyə şərtlərinə baxmayaraq, Haalandın prioriteti "Barselona" və ya "Real"a keçməkdir.

Kataloniya və Madrid klublarının da Haalandın heyətini gücləndirməsini istədiyi vurğulanır.

Xatırladaq ki, Haaland 2022-ci ilin yayından "Mançester Siti"də çıxış edir. Bu mövsüm bütün turnirlərdə 10 matçda iştirak edib, 11 qol vurub.

24 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 200 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest