"Barselona" və İspaniya millisinin 17 yaşlı hücumçusu Lamin Yamal UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun Danimarka millisi ilə oyununda (1:0) zədələnib.
"Barselona" və İspaniya millisinin 17 yaşlı hücumçusu Lamin Yamal UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun Danimarka millisi ilə oyununda (1:0) zədələnib.
Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "Relevo" nəşri məlumat yayıb.
Bildiririlir ki, Yamal görüşdən sonra stadiondan çıxarkən axsayıb. Qeyd olunur ki, cinah oyunçusu həddindən artıq yüklənmə səbəbindən zədələnib. Bundan əlavə, demək olar ki, əksər ikili epizodlarda futbolçuya qarşı danimarkalıların kobud oyunu da təsir edib.
Yamal ikinci hissənin əsas vaxtında Qomeslə əvəzlənib.
Qeyd edək ki, bu mövsüm Yamal klub və milli komandanın heyətində bütün turnirlərdə 14 matçda iştirak edib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" futbolçunun bazar dəyəri 120 milyon avrodur.