Almaniya millisində Kris Fürix heyətdən kənarlaşdırılıb.

Matc.az xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyası məlumat yayıb. 

26 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının 3-cü turunda Bosniya və Herseqovina ilə oyunda zədələnib.

Kris zədə səbəbindən Millətlər Liqasının 4-cü turunun Niderlandla matçında komandasına kömək etməyəcək. 

Qeyd edək ki, Kris Fürix Almaniya millisinin heyətində 6 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest