"Mançester Yunayted" və İngiltərə millisinin müdafiəçisi Harri Maquayr qış transfer pəncərəsində klubu tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Daily Star" paylaşıb.

Bildirilir ki, Mançester klubunun rəhbərliyi 31 yaşlı müdafiəçini 11 milyon avroya satmağa hazırdır. Buna səbəb, Maquayrın baş məşqçi Erik ten Haqın tələblərinə uyğun olmaması göstərilir.

Qeyd edək ki, bu mövsüm Maquayr bütün yarışlarda doqquz oyun keçirib və bir qol vurub. Futbolçunun klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. "Transfermarkt" internet portalında 31 yaşlı futbolçunun bazar dəyəri 18 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest