"Barselona" "Arsenal"ın yarımmüdafiəçisi Tomas Partey və "Lill"in hücumçusu Conatan Davidi transfer etməkdə maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Relevo" paylaşıb.

Hər iki futbolçunun klubları ilə müqavilələri gələn yay başa çatır, ona görə də kataloniyalılar onları pulsuz transfer edə bilərlər.

Həmçinin, "Barselona" qapıçı axtarışına da başlayıb. Klub İnyaki Penanı gələcək planlarında görmür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest