Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappe karyerasının hazırkı mərhələsində "Qızıl top" 2025-i qazanmaq arzusunda olduğu üçün diqqətini əsasən klubda oynamağa yönəltmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Footmercato" paylaşıb.

Bildirilir ki, 25 yaşlı hücumçu zədə riskini minimuma endirmək istədiyi üçün Fransa millisi üçün yalnız vacib oyunlarda iştirak etmək istəyir.

Qeyd edək ki, Mbappe sentyabrda keçiriləcək UEFA Millətlər Liqasının oyunları zamanı Fransa yığmasının oktyabrdakı təlim-məşq toplanışına gəlməyəcəyini məşqçilər korpusuna bildirmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest