12 Oktyabr 2024, 16:30
FUTBOL
Albaniya Futbol Federasiyası (FFA) Millətlər Liqasının oyununda Çexiya millisinin azarkeşlərinin davranışı ilə bağlı UEFA-ya şikayət göndərəcək.
Matc.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat paylaşıb.
Xatırladaq ki, oktyabrın 11-də Albaniya yığması Millətlər Liqasının səfər matçında çexlərə 0:2 hesabı ilə uduzub. Tribunalarda başıaşağı Alban bayraqları görünüb, irqçi şüarlar səsləndirilib.