12 Oktyabr 2024, 12:58
FUTBOL
"Turan Tovuz" Bakıda yeni bazasının tikintisini davam etdirir. Plana uyğun olaraq meydançaların dekabr ayının sonlarınadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.
"Turan Tovuz" Bakıda yeni bazasının tikintisini davam etdirir.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilrir ki, Kürdəxanı layihəsində işlər sürətlə davam edir. Plana uyğun olaraq meydançaların dekabr ayının sonlarınadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, daha əvvəl "Turan Tovuz"un İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev yeni bazanın tikilməsindən sonra komandanın Bakı səfərləri zamanı öz bazasında məskunlaşacağını bildirmişdi.