İngiltərə Premyer Liqasında XXI əsrin ən yaxşı məşqçilərinin reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, reytinq cədvəlini "Goal" portalı tərtib edib.
Siyahıda “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson birincidi. Hazırda “Mançester Siti”ni çalışdıran Xosep Qvardiola ikinci yerdə qərarlaşıb. "Arsenal"ın keçmiş çalışdırıcısı Arsen Venger isə üçüncüdü.
İlk "15-lik"də “Liverpul”dan yayda ayrılan Yurgen Klopp, İngiltərədə “Çelsi", "Mançester Yunayted" və "Tottenhem" klublarını çalışdırmış Joze Mourinyo, "Çelsi" və "Everton"un “sükanı arxası”nda olmuş Karlo Ançelotti, “Mançester Siti”nin sabiq baş məşqçisi Roberto Mançini, həmçinin Antonio Konte ("Çelsi", "Tottenhem"), Manuel Pelleqrini ("Mançester Siti", "Vest Hem"), Klaudio Ranyeri ("Çelsi", "Lester", "Fulhem"), Rafael Benites ("Liverpul", "Çelsi", "Nyukasl", "Everton"), Mauritsio Poçettino ("Sauthempton", "Tottenhem", "Çelsi"), Mikel Arteta ("Arsenal"), Devid Moyes ("Everton", "Mançester Yunayted", "Vest Hem") və Jerar Ulye ("Liverpul") qərarlaşıb.