08 Oktyabr 2024, 11:20
FUTBOL
Hər iki futbolçu Millətlər Liqası çərçivəsində Türkiyə və Uelsə qarşı baş tutacaq görüşlər üçün yığmaya çağırılıb.
"Qarabağ" və "Neftçi"nin legionerləri Monteneqro millisinə cəlb olunub. Matc.az xəbər verir ki, Ağdam klubundan Marko Yankoviç, paytaxt təmsilçisindən isə Edvin Kuça dəvət gəlib.
Hər iki futbolçu Millətlər Liqası çərçivəsində Türkiyə və Uelsə qarşı baş tutacaq görüşlər üçün yığmaya çağırılıb.
Qeyd edək ki, Monteneqro millisi Türkiyə ilə oktyabrın 11-də, Uelslə isə 14-də üz-üzə gələcək.