08 Oktyabr 2024, 09:33
FUTBOL
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də, Tallin şəhərindəki “Lilekulla” stadionunda keçiriləcək Estoniya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
10 oktyabr
Estoniya milli komandası
10:45. Mətbuat konfransı
11:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
17:15. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.