UEFA Çempionlar Liqasında Liqa mərhələsində I tura yekun vurulub. 

Matc.az xəbər verir ki, sonuncu oyun günündə də 6 görüş keçirilib.

Xatırladaq ki, Çempionlar Liqasının əsas mərhələsi tarixdə ilk dəfə Liqa mərhələsi formatında təşkil olunur. Daha əvvəl bu mərhələnin əvəzinə qrup mərhələsi keçirilirdi. 

36 komandanın mübarizə aparacağı Liqa mərhələsində yekunda 1-8-ci yeri tutanlar ÇL-in 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar isə avrokuboklarla mübarizəni başa vuracaqlar.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
19 sentyabr

20:45. "Feyenoord" (Niderland) – "Bayer" (Almaniya) - 0:4
Qollar:
Virtz, 5, 36, Qrimaldo, 30, Vellenreuter, 45 (aq)

20:45. "Srvena Zvezda" (Serbiya) – "Benfika" (Portuqaliya) - 1:2
Qollar:
Milson, 86 // Aktürkoğlu, 9, Kökçü, 29

23:00. "Monako" (Fransa) – "Barselona" (İspaniya) - 2:1
Qollar
: Akliouçe, 16, İlenikhena, 71 // Yamal, 28

23:00. "Atalanta" (İtaliya) – "Arsenal" (İngiltərə) - 0:0

23:00. "Atletiko" (İspaniya) – "Leypsiq" (Almaniya) - 2:1
Qollar:
Qrizman, 28, Gimenes, 90 // Şeşko, 4

23:00. "Brest" (Fransa) – "Şturm" (Avstriya) - 2:1
Qollar:
Maqnetti, 23, Sima, 56 // Fernandes, 45+1 (aq)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest