Dubravka millimizlə matçda əllərinə düşən imkanlardan lazımınca faydalandıqlarını vurğulayıb.

Slovakiya yığmasının qapıçısı Martin Dubravka Millətlər Liqasında Azərbaycan millisinə qalib gəldikləri (2:0) oyun haqda danışıb. Matc.az xəbər verir ki, o, uğurlu nəticəni növbəti görüşlərdə də davam etdirəcəklərinə inandığını qeyd edib.

Dubravka millimizlə matçda əllərinə düşən imkanlardan lazımınca faydalandıqlarını vurğulayıb: “Düzgün anı gözləmək lazım idi. Bu görüşdə uşaqlara kömək edə bildiyim üçün şadam. Azarkeşlərimiz stadionda möhtəşəm atmosfer yaratmışdılar. Oyunu idarə edən tərəf biz idik. Qələbə qazanaraq istəyimizə çatdıq. Növbəti görüşlərdə uğurlu seriyanın ardıcını gətirəcəyimizə şübhəm yoxdu”.

Qeyd edək ki, Slovakiya yığması 2 oyundan sonra 6 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest