01 Sentyabr 2024, 12:19
FUTBOL
"Benfika" baş məşqçisi Rocer Şmidt ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Lissabon klubunun prezidenti Rui Koşta verib.
2022-ci ildən Portuqaliya nəhənginin "sükanı arxası"nda olan alman mütəxəssis, 2023-cü ildə Portuqaliya çempionluğunu qazanıb.
Bu mövsüm onun rəhbərliyi altında "Benfika" çempionatda 4 oyun keçirib. Bu oyunlarda iki qələbə qazanıb, bir heç-heçə edib və bir məğlubiyyətlə üzləşib. Bir gün əvvəl isə "Benfika" "Moreirense" ilə səfər oyununda son dəqiqələrdə məğlubiyyətdən xilas olub.